Çinin Tayvanı işğalı halında Amerika qoşunlarını yardıma göndərəcəyini vəd edən Co Baydendən fərqli olaraq, Tramp Tayvanı müdafiə etməkdən yayınır. Tayvanlılar Ukraynadakı vəziyyətlə adalarına Çindən gələn təhlükə arasında paralellər aparırlar.
Ukraynalılar kimi onlar da öz ərazilərini öz ərazisi hesab edən qonşu dövlətin daimi təzyiqi altında yaşamağa məhkumdurlar. Üstəlik, Tayvan, Ukrayna kimi, təcavüzün qarşısını almaq üçün Qərbin dəstəyinə daha çox arxalanır.Bu barədə The Telegraph yazır.Nəşr qeyd edir ki, Tayvanlılar arasında narahatlıq hissi durmadan artır. Xarici Əlaqələr Şurasının (CFR) Asiya üzrə mütəxəssisi Devid Saks bunu Tayvan üçün böyük bir an hesab edir.Mütəxəssisə görə, Donald Trampın Ukrayna ilə bağlı siyasətinin Tayvan üçün də ciddi təsirləri var. O, Kiyevin təhlükəsizlik təminatlarını istisna edib, hərbi yardımı dayandırıb və Vladimir Zelenskini təbii sərvətlər üzərində güzəştə getməyə və atəşkəslə razılaşmağa çağırır. Eyni zamanda o, açıq şəkildə bildirdi ki, ABŞ-ın ənənəvi müttəfiqlərindən heç biri onların dəstəyinə arxalana bilməz. Tayvan müntəzəm olaraq döyüş gəmiləri və təyyarələri ilə güc nümayiş etdirən Çinin təzyiqi altındadır. İndiyədək Tayvan əsas çəkindirici vasitə kimi ABŞ-ın dəstəyinə arxalanırdı. Lakin Çinin işğalı halında Amerika qoşunlarını göndərəcəyini vəd edən Co Baydendən fərqli olaraq, Tramp Tayvanı müdafiə etmək üçün öhdəlik götürməkdən yayınır. Tramp hesab edir ki, Tayvan Amerika çip sənayesini "qaçırıb" və o,Tayvan iqtisadiyyatının onurğa sütunu olan yarımkeçiricilərə görə Tayvanı 25 faizlik tariflərlə hədələyib. Pekinə qarşı sanksiyalara baxmayaraq, ekspertlər hesab edir ki, Tramp Çinlə razılaşmaq üçün yollar axtarlr. Tayvanda isə "Bu gün Ukrayna, sabah Tayvan" şüarı get-gedə özünə yer edir ki, bu da ABŞ-ın gələcək siyasəti ilə bağlı narahatlıqları özündə əks etdirir. Trampın Ukraynaya münasibətini kəskin dəyişməsi Tayvan üçün də narahatedici əlamətdir. New Bloom jurnalının redaktoru Brian Hio deyir: "İnsanlar qurbanı günahlandıran bu ritorikadan narahatdırlar". "Doğrudur müqavilə bağlamaq ideyası var, lakin təcavüzkara deyil, qurbana təzyiq göstərməklə, bu Tayvan və Çin məsələsində də təkrarlana bilər." Çen əlavə edir: "Siz sadəcə Trampın sövdələşmə aparan birisi olduğunu başa düşməlisiniz. "Beləliklə Tayvan Trampı izləyir. UNİAN-ın xəbər verdiyi kimi, Çinin daimi işğalı təhlükəsi altında yaşayan Tayvan əsas müttəfiqi olan ABŞ-ın Ukraynadan üz döndərərək işğalçı dövlətlə əməkdaşlığı bərpa etməsini həyəcanla izləyir.
Surxay Əliyev