ABŞ-ın vitse-prezidenti Vens sosial şəbəkədə 3 yaşlı qızı ilə gəzərkən ukraynayönlü etirazçılar tərəfindən necə təqib edildiyini danışıb. “Bu gün mən 3 yaşlı qızımla gəzərkən “Ukraynaya şöhrət” şüarları ilə bir qrup etirazçı arxamızca gələrək qışqırırdı, qızım getdikcə bundan narahat olub qorxurdu.
Etirazçılarla söhbət etmək qərarına gəldim ki, bəlkə bir neçə dəqiqəlik söhbətlə onlarla sövdələşə bilərəm ki, körpəmi rahat buraxsınlar. Demək olar ki, hamısı bununla razılaşdı." – deyə Vens qeyd edib O, bu söhbətin qarşılıqlı anlaşmayla keçdiyini də deyib və əlavə edib ki,"amma siyasi etirazınla üç yaşlı uşağı incidirsənsə, demək ki,sən pis adamsan". Ancaq yaxşı olardı ki,Vens azacıq da olsa öz vicdanına hesabat verəydi və özü-özündən soruşaydı ki,necə oldu ki,mən iqtidara gəldiyim iki aydan da az müddətdə işğala məruz qalan ukraynalıların belə nifrətini qazandım?
Surxay Əliyev