"Bild" xəbər verir ki, Londonda şahidlər qülləyə dırmaşan bir adamı görəndən sonra Big Benə polis çağırılıb. Qülləyə dırmaşan kişi Fələstin bayrağını dalğalandıraraq, xeyli hündürlükdə olan çardaqda ayaqyalın dayanıb. London polisinin nümayəndəsinin sözlərinə görə, hadisə yerinə təkcə hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, yanğınsöndürənlər və tibb işçiləri də cəlb edilib Hazırda qülləyə qalxan şəxslə danışıqlar aparılır. Hadisə yerindən olan görüntülərdə xilasedicilərin çətinliklə də olsa həmin şəxsin olduğu səviyyəyə qalxaraq onunla danışığa başladığı görünür.
Surxay Əliyev