ABŞ Senatındakı respublikaçılar da prezident Donald Trampa Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırılmasına görə, ona təzyiq etməyə başlayıblar. Silah və döyüş sursatlarının tədarükündə çox uzun fasilə nəinki Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyəti üçün dağıdıcı nəticələrə səbəb ola bilər, həm də onun işğalçı Rusiya ilə danışıqlarda mövqeyini sarsıda bilər. Bu barədə Amerikanın “The Hill” nəşri məlumat yayıb. Senatorlar həmçinin Ukraynanı döyüş kəşfiyyatından məhrum etməkdən ABŞ-ın hansı fayda əldə edəcəyini soruşublar. Şimali Karolina senatoru Tom Tillis hesab edir ki, Kiyevə hərbi yardımı dayandırmaq ancaq rusiyalı “fürer” Vladimir Putin üçün faydalı ola bilər. "Bu pis optikadır" deyən Tom Tillis bu pauzanın uzun sürməyəcəyinə ümid etdiyini bildirib. Tillis iki həftə əvvəl orada olduğu üçün Ukraynada insanların nə qədər çətin vəziyyətdə olduğunu deyib. Senatın Təxsisatlar Komitəsinin sədri Syuzan Kollinz hazırkı anı “Ukrayna üçün kritik an” adlandırıb. Öz növbəsində Senatda respublikaçı çoxluğun lideri Con Tun Ukraynaya hərbi yardımın dayandırılmasının müvəqqəti olduğunu vurğulayıb. “Düşünürəm ki, bu, danışıqların bir hissəsidir. Bu arada Cənubi Karolina senatoru Lindsi Qrem Trampın Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını elan etməsindən narahat olduğunu bildirib. Senatın Kəşfiyyat Komitəsinin rütbəli üzvü Con Kornin deyib ki, Ukraynaya verilən kəşfiyyat məlumatları onların mübarizəni davam etdirmələri üçün zəruridir. O da məlumat mübadiləsinin bərpa olunacağına ümid etdiyini bildirib. Senatın Silahlı Qüvvələr Komitəsinin üzvləri Mayk Raunds və Deb Fişer də oxşar fikirləri bölüşüblər.
Surxay Əliyev