Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında bəyanatla çıxış edib.
Hakan Fidan bəyan edib ki, İsrail ekstremistlərinin İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı addımlarının dayandırılması lazımdır. O, müsəlmanların,əsasən də fələstinlilərin çoxsaylı haqsızlıqlarla üzləşdiyini və əzab içərisində yaşadığını vurğulayıb. “Tarix bizi əməllərimizə görə mühakimə edəcək. Fələstinli qardaşlarımıza daha çox dəstək vermək üçün biz birlikdə hərəkət etməliyik”, - deyə nazir qeyd edib. Türk diplomat həmçinin üç əsas fəaliyyət sahəsini vurğulayıb:- Fələstinin Fələstinli və Müsəlman kimliyini qoruyub saxlamaq, Qəzzanın Fələstinlilərə aid olduğuna dair dünyaya güclü mesaj vermək və sülhün bərqərar olması üçün hər cür səy göstərmək. Hakan Fidan fələstinliləri didərgin salmaq və onların torpaqlarını ələ keçirmək planlarını da qətiyyətlə rədd edib: - Sitat-“Fələstinliləri qovub Qəzzanı ələ keçirmək istəyənlər unutmasınlar ki, bizi bugünkü vəziyyətə salan İsrailin Fələstin torpaqlarını işğal etməsi olub”, - sitatın sonu. Nazir həmçinin Suriyanın İslam Əməkdaşlıq Təşkilatına qayıtmasından məmnunluğunu ifadə edib və ölkənin ərazi bütövlüyünün tam təmin edilməsinin vacibliyini vurğulayıb.
Surxay Əliyev