“Fox Business” telekanalına müsahibəsində İranla razılaşmaya üstünlük verdiyini deyən ABŞ prezidenti Donald Tramp bildirib ki, mən İranla danışıqlar aparmağa və razılığa gəlməyə üstünlük verirəm. Çünki İranın nüvə silahına malik olmasına imkan vermək olmaz. Müsahibə zamanı Tramp onu da deyib ki, İranın nüvə proqramı ilə bağlı iki yolu var: “ya razılaşma ya da hərbi seçim”. O, İrana zərər vermək istəmədiyi üçün razılaşmaya üstünlük verdiyini vurğulayıb. Bu xəbərin dərcindən sonra İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi mediaya bildirib ki, onlar Donald Trampdan heç bir məktub almayıb. İranın xarici işlər naziri Abbas Əraqçi isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Ciddə iclasında bunları deyib: “Tramp administrasiyası maksimum təzyiq göstərdikcə, İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etməyəcək” və “İranın nüvə proqramı hərbi yolla məhv edilə bilməz”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Səudiyyə Ərəbistanında amerikalı həmkarı ilə görüşündən sonra Tehrana səfər edib. Bundan sonra İran-ABŞ danışıqlarında Rusiyanın mümkün vasitəçiliyi ilə bağlı spekulyasiyalar ortaya çıxıb. Belə ki,Abbas Əraqçi rusiyalı həmkarı ilə görüşdən sonra mətbuat konfransında deyib: “İran nüvə dosyesi ilə bağlı ABŞ-la birbaşa danışıqlar aparmayacaq” və biz bu məsələdə “Rusiya və Çinlə koordinasiyalı hərəkət edəcəyik”. Bloomberg isə martın 14-də bildirib ki, Tramp Putinlə son telefon danışığında Rusiyadan İslam Respublikası ilə danışıqlarda vasitəçi olmasını istəyib. Nəşr öz mənbələrinə istinadən iddia edib ki, Rusiya ABŞ –a kömək etməyə razılaşıb.
Surxay Əliyev