İsrailin müdafiə naziri İsrael Katz Suriyanın yeni liderini “terrorçu” adlandırıb və İsrail rəhbərliyinin onun nümayiş etdirdiyi mülayim xaraterliliyə inanmadığını açıqlayıb. Bu barədə “Today in Israel” portalı xəbər verir. Katz əlavə edib ki,Culani qalabiyasını çıxardı, kostyum geyindi və mötədil bir görüntü yaratmağa çalışdı - indi isə o, maskasını ataraq əsil simasını göstərdi.
Katz davam edərək deyib ki, İsrail Suriyadan gələn istənilən “təhlükə”dən özünü müdafiə edəcək. “Biz təhlükəsizlik zonalarında və Hermonda qalacağıq, həmçinin Qolan təpələri və Qaliley yaşayış məntəqələrini müdafiə edəcəyik. Biz Suriyanın cənubunun silah və təhdidlərdən demilitarizasiyasını təmin edəcəyik və orada yaşayan druz əhalisini qoruyacağıq - onlara zərər verən hər kəs bizim əməllərimizdən zərər görəcək” - deyə Katz yekunlaşdırıb. Qeyd edək ki,həqiqət isə Katzın dediyinin tam əksinədir.Belə ki, Latakiyada diktator Əsədə bağlı olduğu deyilən qüvvələr (İranın dəstəklədiyi ələvilər ) qanuni hakimiyyətə qarşı üsyan edərək 6 martda hökumət qüvvələrinə hücum edib. Lakin Suriya ordusu artıq üsyançıların ələ keçirdiyi şəhər və kəndləri geri alıb və Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahaya daxil olub. Sadəcə İsrailin müdafiə naziri İsrael Katz bu bəyanatla Suriyanın işğalı üçün zəmin yaratmaq istəyir. Surxay Əliyev