Cümə günü axşam Rusiya hərbi qüvvələri yenidən Odessaya pilotsuz uçan aparatlarla zərbə endirib.Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.O,teleqram kanalında dağıntılar nəticəsində sənaye binası və yanacaqdoldurma məntəqəsinin yandığını yazıb.Adminstrasiya rəhbəru zərərçəkənlərlə bağlı məlumatların isə dəqiqləşdirildiyini deyib. Bu həftə ərzində Rusiya Odessa vilayətinə artıq beşinci gecədir ki, zərbələr endirir.Lakin Rusiya hərbi rəsmiləri Ukraynadakı zərbələrlə bağlı hesabatlarında regionun adını çəkməyiblər. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında dronların kütləvi hücumu nəticəsində Odessada yanğınlar başladığı, kənd təsərrüfatı texnikası ilə təchiz olunmuş anqar, texniki xidmət stansiyasının binası, avtomobil mağazası, açıq sahədə günəş panelləri və dördmərtəbəli sənaye binasının yandığı bildirilir.
Xilasedicilərin sözlərinə görə, kritik infrastruktura da ziyan dəyib, lakin tələfat yoxdur. Surxay Əliyev