11-12 martda Amerika və Ukrayna nümayəndə heyətləri danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşəcək. Bu barədə Fox News-un jurnalisti Ceki Henrix X sosial şəbəkəsində məlumat verib və görüşün çərşənbə axşamı, martın 11-də baş tutacağını bildirib. Bununla belə, Axios isə görüşün martın 12-də baş tutacağını qeyd edir. Danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff təmsil edəcək. Ukraynanı isə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak təmsil edəcək. Vitkoffun sözlərinə görə, görüşün gündəliyinə münaqişənin həllinə dair razılaşma və 6 aylıq atəşkəs daxil olacaq.Sitat- “Hazırda biz ukraynalılarla görüşün Ər-Riyadda və ya Ciddədə baş tutma imkanlarını müzakirə edirik. Beləliklə, şəhər dəyişə bilər, lakin bu, Səudiyyə Ərəbistanı olacaq və məncə, bu ideya sülh sazişi və 6 aylıq atəşkəs üçün zəmin yaradacaq”, - sitatın sonu.
Surxay Əliyev