ABŞ Ədliyyə Nazirliyi dörd il əvvəl Kabil hava limanında baş vermiş partlayışın təşkilində şübhəli bilinən Məhəmməd Şərifullanın saxlanıldığını elan edib. Nazirliyin məlumatına görə, o, Moskvanın “Krokus Siti Hall” konsert zalında törədilmiş terror aktının icraçılarına təlimat verdiyini etiraf edib.
ABŞ Prezidenti Donald Tramp onun saxlandığını Konqresə müraciəti zamanı elan edib və M. Şərifullanın Əfqanıstandan ordunun çıxarılması zamanı ABŞ hərbçilərinin həlak olmasında əli olduğunu deyib.
Mətləb