Amerikalılar arasında İsrailə dəstək son 25 ilin ən aşağı həddinə çatıb. Fevralın 3-dən 16-dək 1004 nəfər arasında keçirilən sorğunun nəticələrinə görə, amerikalıların yalnız 46%-i İsrailə rəğbətini ifadə edib. Tədqiqat İsrail və HƏMAS arasında davam edən atəşkəs danışıqları, eləcə də məhbus mübadiləsi ilə bağlı müzakirələrin fonunda aparılıb. Ötən illə müqayisədə İsrailə dəstək xeyli azalıb, əksinə Fələstinə rəğbət isə 6 faiz artaraq 33%-ə çatıb. Sorğu həm də partiya xətti üzrə əhəmiyyətli parçalanmalardan xəbər verir.Belə ki, Respublikaçıların 83% -i İsraili dəstəkləyir, demokratlar arasında isə bu rəqəm cəmi 33%-i təşkil edir.
Eyni zamanda, demokratların 45%-i Fələstinə rəğbətini ifadə edib, respublikaçıların isə cəmi 18%-i. ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsi ilə bağlı siyasətinə gəlincə, amerikalıların 40%-i bunu dəstəkləyir. “İki dövlət” modeli əsasında müstəqil Fələstin dövlətinin yaradılması məsələsi də amerikalıları ikiyə bölüb.Belə ki, respondentlərin 55%-i bunun lehinə, 31%-i əleyhinə çıxış edib. Demokratlar arasında bu rəqəm 76%, müstəqillər arasında 53%, Respublikaçılar arasında isə 41% olub.Gallup-a görə, amerikalılar arasında İsrailə dəstək azalmaqda davam edir, ictimai rəy isə get-gedə Yaxın Şərq münaqişəsinin alternativ həll yollarına meyl edir.
Surxay Əliyev