İsrailin dövlət televiziyası xəbər verir ki, İsrail və ABŞ Qəzzadan fələstinlilərin köçürülməsin üçün fond yaratmağı düçünürlər. Layihənin milyardlarla dollara başa gələcəyi təxmin edilir və ərəb ölkələri ilə təmaslar aparılır, lakin hansı dövlətlərin fələstinliləri qəbul etməyə və ya maliyyələşmədə iştirak etməyə hazır olduğu açıqlanmır. Bu müzakirələr isə Qahirədə Qəzzanın bərpasıyla bağlı keçirilən son ərəb sammitinin fonunda keçirilir.Hansı ki, bütün ərəb ölkələri yekdilliklə Qəzzalıların hər hansı bəhanə ilə deportasiya cəhdini rədd edir. İsrail televiziyasının məlumatına görə, Təl-Əviv artıq Müdafiə Nazirliyi nəzdində Qəzza Zolağını tərk etmək istəyənlərin “çıxmasını təmin etmək” üçün “Qəzza Miqrasiya İdarəsi” yaradılıb.Bəyanatda vurğulanıb ki, “logistika və icra rolu” İsrailin üzərinə düşür, Vaşinqton isə beynəlxalq koordinasiyaya cavabdehdir. Həmçinin ABŞ və İsrail
məskunlaşanlar üçün yeni icmaların tikintisini, ev sahibi olan ölkələrdə isə iş yerləri və xidmət müəssisələrinin yaradılmasını planlaşdırır. Məlumata görə, layihəyə vəsait cəlb etmək üçün Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrlə danışıqlar aparılır. Qeyd edək ki,2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 48.400-dən çox insan həlak olub, 111.800-dən çox insan isə yaralanıb. Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı müharibə cinayətlərinə görə həbsinə order verib. Surxay Əliyev