İspaniya Ərəb Dövlətləri Liqasının martın 4-də Qahirədə keçirilən sammitində təqdim etdiyi Qəzza planını dəstəklədiyini rəsmən bəyan edib. İspaniya Xarici İşlər Nazirliyi yazılı açıqlamada, təklif olunan təşəbbüsün Qəzzadakı vəziyyəti sabitləşdirmək və regionda sülh və sabitliyi təmin edən iki dövlətli həllin həyata keçirilməsinin yeganə mümkün yol olduğunu vurğulayıb. Madrid Ərəb Liqasının münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyini bildirib və Qəzza zolağının idarəçiliyinin Fələstin administrasiyasına qaytarılmasının vacibliyini vurğulayıb. Bəyanatda həmçinin İspaniyanın "Fələstin Dövlətinin fələstinlilərin öz torpaqlarında yaşaması üçün Qəzzanın yenidən qurulmasında oynadığı rolu" alqışladığı vurğulanır. İspaniya hakimiyyəti daimi atəşkəsin möhkəmləndirilməsinə çağırmaqla yanaşı fələstinlilərin Qəzzadan məcburi köçürülməsi planını pisləyib və Qəzzaya humanitar yardımların maneəsiz daxil olmasını tələb edib. İspaniyanın baş naziri Pedro Sançes Brüsseldə keçirilən Aİ sammitində çıxışı zamanı bildirib ki, Qəzzadakı vəziyyət və Ukraynadakı müharibə beynəlxalq nizamın məhv edilməsinin sübutudur. Baş Nazit vurğulayıb ki, Avropa bu çağırışlar qarşısında yalqız qalmalıdır. "Tarix sürətlə irəliləyir və biz bir neçə ildir ki, beynəlxalq nizamın, diplomatiyanın və danışıqlar mexanizmlərinin aşınmasının şahidiyik"- deyə Sançes fikirlərini yekunlaşdırıb.
Surxay Əliyev