Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında Türkiyənin xarici qüvvələrin bölgənin siyasi xəritəsini yenidən cızmasına icazə verməyəcəyini vurğulayıb. Sitat -“Sultan Alparslan və Salahədinin övladları olaraq biz birləşərək sionistlərin bölgəmizdə yeni əməliyyatlar keçirməsinə imkan verməyəcəyik”, - sitatın sonu. Onun sözlərinə görə, dünya tarixi yenidən qurulma dövrünü yaşayır ,ona görə də Türkiyə son dərəcə ehtiyatlı davranmalıdır. “Soyqırım strukturları regionun sərhədlərini yenidən cızmaq niyyətlərini açıq şəkildə bəyan etdikləri bir vaxtda, biz öz siyasətimizi bu reallığa əsaslanaraq formalaşdırmalıyıq”, - deyə Ərdoğan qeyd edib. Türkiyə Prezidenti vurğulayıb ki, tarix keçmişin səhvlərini təkrarlamağı heç vaxt bağışlamır. “Əgər biz yüz il əvvəlki ssenarinin təkrarlanmasına imkan versək, buna görə,nə əcdadlarımız, nə də gələcək nəsillər bizi bağışlayacaq”. Ərdoğan onu da qeyd edib ki, Türkiyənin əsas məqsədi ölkə daxilində və xaricində sabitlik və təhlükəsizliyi təmin etməkdir. "Məqsədimiz heç bir vətəndaşımızın və ya hərbçimizin zərər görməyəcəyi davamlı təhlükəsizlik mühiti yaratmaqdır" deyən Prezident həmçinin bildirib ki, Türkiyə “Türk Yüzilini” bölgədə sülh, qardaşlıq və həmrəylik dövrünə çevirməyi hədəfləyir.
Surxay Əliyev