İran və Rusiya arasında siyasi məsləhətləşmələr gedikcə aktiv fazaya keçir. Xüsusilə dünya siyasətindəki son proseslərdə sonra Moskva və Tehran arasındakı siyasi dialoq genişlənməkdədir. İranın Rusiyadakı səfiri Kazım Cəlali cümə axşamı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Bu barədə İSNA məlumat verib. Tərəflər regional və beynəlxalq məsələlər, xüsusilə Suriya və Fələstin hadisələri ətrafında fikir mübadiləsi aparıblar. Belə görünür ki, Rusiya və İran xüsusilə Suriya məsələsində birgə plan əsasında hərəkət edəcəklər.
Mətləb Salahov