şənbə günü, 07 noyabr 2026
     

Ərəb Liqası "Möhtəşəm" Qəzza Planında israrlıdır

Image


Ərəb Liqası Qəzzanın yenidən qurulması haqda Misirin təklif etdiyi planı qəbul edib. Bu plan mərhələli şəkildə yenidənqurmanı və Qəzza zolağında xüsusi humanitar zonaların yaradılmasını nəzərdə tutur. Bunun üçün sakinlərin təxliyəsi tələb olunmur, lakin davamlı atəşkəs tələb olunur. Qahirədə Ərəb Dövlətləri Liqasının (ƏDL) sammiti keçirilib və orada Misirin təklif etdiyi Qəzza zolağının yenidən qurulması planı yekdilliklə qəbul edilib. Layihə fələstinlilərin Qəzzadan köçürülməyəcəyini, bunun əvəzinə onlar üçün müvəqqəti humanitar adaların yaradılacağını və sakinlərin öz ərazilərinin bərpasını gözləməli olduğunu nəzərdə tutur. Sektorun altı aylıq bir keçid dövrü üçün "səlahiyyətli məmurlardan ibarət" müvəqqəti administrasiyası- HƏMAS-ın nəzarəti altında olan əvvəlki administrasiyaya alternativ olaraq fəaliyyət göstərəcək və İdarəetmə Yardım Missiyası tərəfindən idarə olunacaq. Planda o da qeyd olunur ki, bu, Fələstin Muxtariyyətinin bərpası istiqamətində keçid mərhələsi olacaq. Plan həmçinin İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin əsasını da qoya bilər. Ərəb Liqası həmçinin BMT Təhlükəsizlik Şurasını İordan çayının qərb sahilində və Qəzza zolağında sülhməramlılar yerləşdirməyə çağırıb. Bu planın 53 milyard dollara başa gələcəyini bildirən Fələstinin baş naziri Məhəmməd Mustafa əlavə edib ki, Fələstin Qəzza polisində islahatlar aparacaq. Ərəb ölkələri, o cümlədən Misir və İordaniya Fələstin polisinə təlim keçmək niyyətindədir. Qahirənin təklif etdiyi sənəd Amerikanın Qəzza zolağının sakinlərinin köçürülməsi təşəbbüsünə alternativ sayılır. Öz növbəsində Ankara da Ərəb Liqasının sammitində qəbul edilən Qəzzanın yenidən qurulması planını dəstəkləyib. ABŞ və İsrail isə gözlənildiyi kimi Misirin təşəbbüsünü rədd edib. Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp “Həmassız Qəzzanı yenidən qurmaq vizyonuna sadiqdir”. Hansı ki,Tramp kurort infrastrukturunun tikintisi üçün yerli sakinlərin başqa ölkələrə köçürülməsinə və Qəzzanı təmizləməyə çağırıb.O,həmçinin müharibə bitdikdən sonra sektorun “ABŞ-ın nəzarəti altına keçəcəyini” bildirib. Ərəb Liqası isə Trampın bu planını qətiyyətlə rədd edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz iddia edib ki,guya ərəb planında "Qəzzanın haliyyədə yaşayış üçün yararsız olduğu və fələstinlilərin dağıntılar və partlamamış hərbi sursatların olduğu ərazidə yaşaya bilməyəcəyi" faktı nəzərə alınmır. Eyni zamanda o vurğulayıb ki, Donald Tramp problemin həllinə “ərəb tərəfdaşlarının töhfəsini alqışlayır”.
İsrail Xarici İşlər Nazirliyi Ərəb isə Ərəb Liqasının planını guya “köhnəlmiş və müasir reallıqları əks etdirməyən” plan adlandırıb. Qeyd edilir ki,Misirin təşəbbüsü yerli sakinlərin Qəzzadan köçürülməsini tələb etmir, lakin davamlı atəşkəs tələb edir. Bu isə Qəzzada çətin problemdir. İsrail və HƏMAS razılaşmanın birinci mərhələsini uzatmasa, döyüşlər həftə yarımdan sonra bərpa oluna bilər.
Məlum olduğu kimi,martın 2-i, müsəlmanların müqəddəs Ramazan ayının ikinci günü, Təl-Əviv Qəzzaya humanitar yardımın çatdırılmasını rəsmən dondurdu. Səbəb kimi isə İsrail HƏMAS-ın fələstinlilərin ekstradisiyası müqabilində israilli məhbusların azad edilməsini nəzərdə tutan sazişin birinci mərhələsinin uzadılması haqda Amerikanın təklifini qəbul etməkdən imtinasını göstərib. Öz növbəsində Qərb mediası Qahirənin təklif etdiyi planın bəzi aspektlərinin qaranlıq qaldığına diqqət çəkir. Məsələn, Qəzzanın rekonstruksiyası üçün vəsaitin konkret kimin ödəməli olduğu bildirilmir. Bundan əvvəl məlum olub ki, Fars körfəzi ölkələri və bəzi ərəb dövlətləri yenidənqurma işlərinə 20 milyard dollar ayırmağa razılaşıblar. Lakin bu kifayət deyil. Beş il çəkə biləcək Qəzzanın tam bərpası üçün ən azı daha 33 milyard dollar lazımdır. Birinci mərhələ iki il davam edəcək və bu müddət ərzində 200 min mənzilin tikintisi planlaşdırılır. Layihədə həmçinin HƏMAS-ın silahlı qanadının taleyi ilə bağlı da heç nə deyilmir. Hansı ki,Vaşinqton və Təl-Əviv bu hərəkatın tamamilə məhv edilməsində israrlıdır. ABŞ prezidenti Donald Tramp isə Qəzza ilə bağlı planını artıq açıqlayıb və yerli sakinlərin başqa ölkələrə köçürülməsinə və kurort infrastrukturunun tikintisi üçün Qəzzanı təmizləməyə çağırıb.
Beləliklə hər şey aydındır: Həmişə olduğu və gözlənildiyi kimi,ABŞ adminstrasiyası İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyindən çıxış edəcək.
Şərqşünas, publisist, Andrey Ontikov TRT-nin rus xidmətinə müsahibəsində qeyd edib ki, Misirin təklif etdiyi və Ərəb Liqası tərəfindən təsdiqlənən plan “möhtəşəmdir, yalnız İsrail və ABŞ buna qarşıdır”. “Əgər siz bu plana bütün siyasi reallıqlardan təcrid olunmuş şəkildə baxsanız, orda hər şey gözəldir: dağıntıların təmizlənməsi, müvəqqəti yaşayış evlərinin, liman və beynəlxalq hava limanının tikintisi, insanların dinc həyata qayıtması və s”, - deyə politoloq vurğulayıb. Bununla belə ekspert əlavə edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün İsrail və ABŞ-ın razılığı lazımdır. Məlum olduğu kimi,“Zirvə görüşündə ərəb ölkələri fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı olduqlarını vurğulayıblar. Amma bir problem var: İsrail israr edir ki, Qəzza zolağında HƏMAS olmamalıdır,öz növbəsində HƏMAS da israr edir ki, Qəzza zolağında İsrail ordusu olmamalıdır”, - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, vəziyyət bir-birini təkzib edən tələblərlə zəngin olduğu üçün durum mürəkkəbdir.Hesab edirəm ki, Qəzza zolağının bərpasından danışmaq tezdir. Çünki atəşkəs sual altındadır”, - deyə analitik bildirib. Bununla belə Vaşinqton və Təl-Əvivin müqavimətinə baxmayaraq, region ölkələri nəzərdə tutulan planın icrasıyla bağlı sürəti heç də azaltmaq niyyətində deyil. Belə ki,martın 7-də Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının Fələstinlə həmrəylik və Vaşinqtonun Qəzzanın gələcəyi ilə bağlı ziddiyyətli planları fonunda müsəlman ölkələrinin fövqəladə iclası keçiriləcək. Türkiyəni isə Ciddədə xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Ankara ardıcıl olaraq fələstinliləri və onların öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib və fələstinlilərin ölkədən çıxarılması planına qarşı kəskin etirazını bildirib və bunu “beynəlxalq hüququn kobud şəkildə pozulması” hesab edir.

Surxay Əliyev



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ