Neçə gündür bütün Türkiyənin haqqında danışdığı itkin memardan xəbər var. Türkiyə mediasının yazdığına görə, itkin düşən və 4 gün sonra Belqrad meşələrində tapılan 36 yaşlı landşaft memarı Ece Gürel xəstəxanada vəfat edib. Mətbuatın yazdığına görə, E.Gürel uzun müddət soyuq havada qaldığı üçün hipotermiya keçirib.
Acıbadem Maslak Xəstəxanasına aparıldıqdan sonra edilən müdaxilələrə baxmayaraq onun ürəyi dayanıb. Həkimlərin müdaxiləsi ilə həyata qaytarılan Gürel reanimasiyaya yerləşdirilib. Lakin daha sonra Gürelin öldüyü deyilib.
Mətləb