İtaliyanın Baş Naziri Corci Meloni Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin NATO-ya rəsmi üzv olmadan Ukraynaya da şamil edilməsi təşəbbüsü ilə çıxış edib. Meloni hesab edir ki, bu, Ukraynanın uzunmüddətli və effektiv təhlükəsizliyi təmin edə bilər Bu barədə, Financial Times məlumat yayıb. Meloninin fikrincə, rəsmi üzvlük olmadan Ukraynaya NATO-nun kollektiv təhlükəsizlik zəmanətlərinin verilməsi digər variantlardan, xüsusən də atəşkəs rejiminə nəzarət etmək üçün sülhməramlı qüvvələrin tətbiqindən daha effektiv olardı.
Surxay Əliyev