Ukrayna və ABŞ əlaqələri bərpa edilir, gələn həftə faydalı bir görüşə ümid edirik. Bu barədə danışan Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna sülh üçün lazımi olan bütün addımları atmağa hazırdır.Lakin hər kəs əmin olmalıdır ki, Rusiya müharibəni dayandırmağın zəruriliyini həqiqətən dərk edir. Bunu iki yolla nümayiş etdirmək olar: ilk olaraq buna enerji və digər mülki infrastrukturlara hücumların olmaması, raketlərin, bombaların və uzaqmənzilli dronların istifadəsi və Qara dənizdə hərbi əməliyyatların dayandırılması daxil edilə bilər. Növbəti addım isə danışıqların etibalılığıdır.Daha sonra məhkumların azad edilməsi iki tərəfli etibarın yaradılmasıdır.İstənilən atəşkəs və etimad yalnız tam və ədalətli nizamlanmanın, təhlükəsizlik təminatlarıyla ola bilər. Zelenskiyə görə,Ukraynanın təhlükəsizliyi ilə bağlı istənilən məsələ ancaq Ukraynanın iştirakı ilə həll edilməlidir. Bundan əlavə, Avropanın təhlükəsizliyinə təsir edən hər şey Avropanın iştirakı ilə həll edilməlidir”, - deyə Zelenski qeyd edib.
Fox.tv-nin jurnalisti Jakii Henrix bildirib ki, "Rubio, Uitkoff və Uoltsun daxil olduğu nümayəndə heyəti, ukraynalılarla görüşmək üçün çərşənbə axşamı Ər-Riyada səfər edəcək" Surxay Əliyev