1993-cü ildə ABŞ-da rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal indiki ABŞ prezidenti D.Trampla ailəlikcə şam yeməyi yeyir.O zaman iflasın astanasında olan Tramp milyardlarca dollar borcun içindəymiş.
Söhbət əsnasında Tramp Özala siyasətə qatılmaq istəyini çatdırır.Lakin Özal ilk öncə ona borclarını ödəməyi tövsiyə edərək borc bataqlığında olan bir iş adamının güclü bir siyasətci olmasının qeyri-mümkünlüyünü anladır.Və güçlü bir iqtisadcı kimi ona özəl sektorda banklarla necə anlaşmalar aparılması haqda təcrübələrini bölüşür.Söhbət zamanı Tramp ABŞ prezidenti Corc Buşun onu qəbul etməməsindən də şikayətlənir.Və bu yöndə də Türkiyə prezidentindən yardım istəyir.Beləliklə də Turqut Özal D.Trampin siyasət aləminə atılmasına nail olur.Bu barədə məlumatı isə ailə yeməyinin iştirakcısı kimi eyni masada olan Turqut Özalın oğlu Əhməd Özal verib.
Surxay Əliyev