Trampın Vladimir Zelenskiyə təzyiqlərindən və Ukraynaya hərbi yardımı dayandırdırmasından sonra beş Qərbi Avropa ölkəsi əsasən Donald Trampı Avropada sülh və təhlükəsizliyə təhdid kimi görür. "The Guardian” xəbər verir ki, müvafiq nəticələr Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyada keçirilən YouGov sorğusunda ortaya çıxıb. Trampın Rusiya ilə açıq-aşkar yaxınlaşmasından sonra fevralın 26-dan martın 4-dək keçirilən sorğu nəticəsində məlum olub ki, beş ölkənin hamısında əksəriyyət ABŞ prezidentinin “Avropada sülh və təhlükəsizliyə çox böyük və ya kifayət qədər böyük təhdid”ə çevrildiyinə inanır. Rəyi soruşulanların çoxu Ukraynanın müharibədə qalib gəlməsini istədiklərini deyir. Böyük Britaniyada 67%,İspaniyada (57%), Almaniyada (52%), Fransada (50%) İtaliyada isə (34%) bu fikri bölüşür.Yalnız 2-7 faiz Rusiyanın qalib gəlməsini istəyir. Lakin çox sayda respondent hesab edir ki, hazırkı dəstək səviyyəsi Moskvanın qələbəsini dayandırmaq üçün kifayət deyil. Fransalıların demək olar ki, dörddə üçü prezident Donald Trampın Rusiya ilə yaxınlaşmasını nəzərə alaraq artıq ABŞ-ı ölkələrinin müttəfiqi hesab etmirlər. Başqa bir sorğuda isə amerikalıların yarısından bir qədər çoxunun Rusiya ilə müharibədə Ukraynanı dəstəklədiyini bildirib, lakin çox az adam prezident Donald Trampın da eyni tərəfdə olduğuna inanır.
Surxay Əliyev