NBC News xəbər verir ki,ABŞ-ın avropalı müttəfiqləri Donald Tramp administrasiyasının Rusiya ilə çox yaxınlaşmasından ehtiyat edərək, Vaşinqtonla kəşfiyyat mübadiləsini məhdudlaşdırmağı araşdırırlar. Bu barədə NBC News-a dörd mənbədən bildirilib. ABŞ-ın avropalı müttəfiqləri agentlərinin ifşa olunacağından qorxaraq bu addımı nəzərdən keçirirlər. NBC News-ün mənbələri bunun hələlik müzakirə olunduğunu vurğulayır; ABŞ ilə kəşfiyyat mübadiləsi protokollarını dəyişdirməyi düşünən ölkələr arasında İsrail, Səudiyyə Ərəbistanı və Beş Göz alyansının üzvləri (Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya) var. Birləşmiş Ştatlar bir neçə gün əvvəl Ukrayna ilə kəşfiyyat məlumatlarını, o cümlədən Rusiyanın raket buraxılışları və Ukraynanın zərbələrinə rəhbərlik etmək üçün lazım olan məlumatları paylaşmağı tamamilə dayandırıb.
Surxay