Avropayla Ukrayna sülh prosesində Rusiya və ABŞ –la bərabər əsasda iştirak etməlidir. Sülh üçün şərtləri isə təkcə Moskva və Vaşinqton müəyyən edə bilməz. RBC-Ukrayna xəbər verir ki, bu barədə Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaye bildirib. Çinli diplomat ABŞ prezidenti Donald Trampın özünün Avropadakı müttəfiqləri ilə belə rəftarından “dəhşətə gəldiyini” deyib. Onun fikrincə, Avropa ölkələri Trampın siyasətini Çinin siyasəti ilə müqayisə etməlidir. Çünki “Çinin diplomatik yanaşması sülh, dostluq və xoş niyyətə əsaslanır”. ABŞ-la Rusiya arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinin həllinə yönəlmiş müzakirələri alqışlayan Lu Şaye eyni zamanda vurğulayıb ki, istənilən sülh prosesi bütün maraqlı tərəflərin, o cümlədən Avropa dövlətlərinin iştirakını əhatə etməlidir " – deyə çinli diplomat qeyd edib.
Xatırladaq ki, daha əvvəl Lu Şaye Ukraynanın suverenliyi ilə bağlı qalmaqallı bəyanatı ilə fərqlənmişdi. Onun fikrincə, keçmiş sovet respublikalarının “beynəlxalq hüquqda heç bir statusu yoxdur”. Daha sonra Çinin Fransadakı səfirliyi yazmışdı ki, bu, sadəcə, Lu Şayenin şəxsi fikridir və Pekin onun fikirlərini dəstəkləmir.
Surxay Əliyev