Ölkəsinin kəşfiyyat xidmətinin imkanlarından danışan Fransanın müdafiə naziri Sebastien Lecornu Fransanın artıq bütün lazımi kəşfiyyat məlumatlarını Ukrayna ordusuna ötürdüyünü deyib.
Sebastien Lecornu bunu martın 5-də ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmasından sonra deyib, France24 nazirdən sitat gətirib:- "Bizim kəşfiyyatımız suverendir... öz imkanlarımızla. Biz bunu ukraynalılara təhvil veririk", - deyə nazir əminliyini bidirib. UNIAN-ın xəbər verdiyi kimi, ABŞ bütün kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı dayandırıb. Sky News-un məlumatına görə, bütün məlumat mübadiləsi artıq martın 5-də dayandırılıb. Məlumatda o da bildirilib ki, kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması üzündən Ukrayna HIMARS-ı hədəf almaqda uzaq məsafədən zərbələr üçün real vaxt məlumatı ala bilmir.
Surxay Əliyev