Rumıniya Rusiyanın Buxarestdəki hərbi, hava və dəniz attaşesini onun müavini ilə birlikdə “persona non qrata” elan edib.
Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar “Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını pozan fəaliyyətə” görə verilib.
Nazirlikdən verilən məlumata görə, qərar Rusiya tərəfinə çatdırılıb.
Bəyanatda attaşe və müavinin “persona non qrata” elan edilməsinə səbəb olan fəaliyyətlərin dəqiqliyi göstərilməyib.
ZÜMRÜD