“Politico”nun məlumatına görə, ABŞ prezidenti Donald Trampın komandasının yüksək vəzifəli üzvləri Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının nüfuzlu üzvləri ilə gizli danışıqlar aparıb. Müzakirələr prezident seçkilərinin keçirilməsiylə bağlı olub.Politico-nun məlumatına görə,müvəqqəti atəşkəs razılaşmasından sonra öncə Ukraynada prezident seçkilərinin keçirilməsi müzakirə olunub.Trampın köməkçiləri hesab edirlər ki, müharibədə yorulduqlarına və korrupsiya problemlərinə görə Zelenski seçicilərin təkrar etimadını qazana bilməyəcək.
Bundan əvvəl Poroşenko və Timoşenko açıq şəkildə münaqişə bitməmiş seçkilərin keçirilməsinin əleyhinə çıxış edirdilər. Mənbələrdən biri nəşrə bildirib ki, müxaliflər Trampın ətrafı ilə ünsiyyət qurur və özlərini onlarla əməkdaşlığın daha asan olacağınə və Zelenskinin razılaşmadığı bir çox məqamlarla razılaşacaq insanlar kimi təqdim edirlər. Surxay Əliyev