“Atlantika”nın analitiki Qrem Vud növbəti dəfə Trampın və ya Vensin Ukraynanın müharibədə “qalib gələ bilmədiyini” dedikdə bu rəqəmi nəzərə almağı tövsiyə edib. Və əlavə edib ki,"Rusiyanın bu günkü durumu daha "pisdir", bunun müqabilində yalnız bir tərəfi uduzan elan etmək qəribə seçimdir", - deyə nəşr yazır.
Rusiyanın bu günkü durumunu dəyərləndirən Müharibə Tədqiqatları İnstitutunun analitiki Corc Barros isə bildirib ki, Rusiya "təxminən 500 tank və 1000 zirehli transportyor – yəni hər 10 kilometr hərəkət üçün təxminən bir diviziya itirib". Barros qeyd edib ki, "Ruslar hətta sovet dövründən qalma ehtiyatlarından istifadə etmək məcburiyyətində qalıblar. " Barros əlavə edib ki, onun məlumatlarına görə, Uralvaqonzavod, Rusiya tank zavodu və Tula silah-sursat zavodu müharibə başlayandan bəri fasiləsiz işləyir. Əksər əlamətlərin Rusiyanın gücünün tükənməsinindən xəbər verdiyini deyən Barros bildirib ki, Rusiyanın döyüşə cəlb etmək üçün əsgər toplamaq qabiliyyəti də demək olar ki,tamamilə məhv edilib.
Surxay Əliyev