Deyəsən artıq Qırğızıstan və Tacikistan arasındakı qanlı münaqişələrə səbəb olan ərazi problemləri öz həllini tapmaq üzrədir. Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində bəyan edib ki, sərhədin delimitasiyası çərçivəsində vaxtaşırı münaqişəli vəziyyətlərin yarandığı əraziləri mübadilə edib. "Torpaq mübadiləsi zamanı iki tərəf də strateji məqsədləri rəhbər tutmayıb. Biz yalnız daim münaqişələrin yarandığı əraziləri mübadilə etdik", - o, Tacikistanla sərhədin delimitasiyası haqqında fevralın 21-də imzalanmış sənədi şərh edərkən bildirib. Qırğızıstan Prezidenti bildirib ki, Tacikistanla sərhəd məsələsi “əbədi həll olunub”. SİTAT: "Hər şey bitdi, nöqtə qoyuldu, hər iki tərəfin maraqları nəzərə alındı."
Mətləb