ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalının efirində bəyan edib ki, Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir. “Prezident Donald Tramp hesab edir ki, bu, uzun müddətdir davam edən və çıxılmaz vəziyyətə düşmüş bir münaqişədir. Düzünü desək, bu, nüvə dövlətləri arasında proksi müharibədir: Ukraynaya kömək edən ABŞ, digər tərəfdən də Rusiya. Buna son qoyulmalıdır”, – o bildirib. Mətləb