Heç bir NATO ordusu dronların kütləvi istifadəsi ilə müasir müharibə aparmağa hələ hazır deyil. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin rəisi, polkovnik Vadim Suxarevski Reuters agentliyinə müsahibəsində deyib. Ukraynanın aktiv şəkildə pilotsuz texnologiyaları inkişaf etdirdiyini deyən ukraynalı komandir bildirib ki, pilotsuz təyyarələr döyüş qaydalarını dəyişir, çünki onların istehsalı ənənəvi silahlardan daha ucuz başa gəlir.
“Bu sadə riyaziyyatdır. Rusiyanın Şahed pilotsuz təyyarəsini vurmaq üçün bir raket neçəyə başa gəlir? Bəs gəmini, təyyarəni və ya hava hücumundan müdafiə sistemini məhv etmək neçəyə başa gəlir? – deyə Suxarevski qeyd edib.. Suxarevski əlavə edib ki, bu gün hədəflərin 60%-dən çoxu pilotsuz sistemlərdən istifadə etməklə vurulur. Ukrayna pilotsuz uçuş aparatları ilə mübarizə üçün yeni üsullar, o cümlədən lazer silahları və pilotsuz döyüş təyyarələrini 70 km məsafəyə çatdıra bilən xüsusi “ana” dronların istifadəsi üzərində işləyir. Lazer qurğuları üzərində eksperimentlər aparılır və Suxarevskiyə görə, , sınaqlar zamanı onlardan qanadlı dronları məhv etmək üçün artıq uğurla istifadə olunub. Suxarevski vurğulayıb ki, artıq pilotsuz sistemlər Ukraynanın müdafiəsinin mühüm elementinə çevrilib və bu, Rusiyanın say üstünlüyünü kompensasiya etməyə imkan verir. "Əgər pilotsuz təyyarələr olmasaydı, vəziyyətimiz daha pis olardı" deyə Suxarevski yekunlaşdırıb.
Surxay Əliyev