NBC News xəbər verir ki, ABŞ və İsrail Trampın Qəzzanın “Yaxın Şərqin Rivierası”na çevrilməsi təklifinin fələstinlilərin öz yerlərində qalması şərtiylə yenidən qurulması planını rədd ediblər. Məlum olduğu kimi,İsrailin təxminən 18 ay davam edən hərbi hücumu nəticəsində Qəzzanın daşı daş üstə qalmayıb.
Çərşənbə axşamı Qahirədə keçirilən Ərəb Liqasına üzv olan 22 ölkənin nümayəndələrinin iştirak etdiyi fövqəladə sammitdə Misirin irəli sürdüyü 53 milyard dollarlıq yenidənqurma planında anklavın altı ildən az müddətdə yenidən qurulacağı vurğulanıb. Qəzzanın bərpası layihəsində süni intellektlə işlənmiş müasir yaşayış massivləri, səs-küylü şəhər küçələri və kurortlar öz əksini tapır. Ticarət limanı və hava limanının tikintisi planlarını da özündə ehtiva edən təklifin BMT və beynəlxalq maliyyə qurumları da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar, həmçinin xarici və özəl sektorların investisiyaları hesabına maliyyələşdirilməsi gözlənilir. Misir prezidenti Əbdül-Fəttah əs-Sissi bildirib ki, təklif Qəzzanın yenidən qurulmasına imkan verəcək və eyni zamanda fələstinlilərə “yerlərindən köçmədən öz torpaqlarında qalmağa” imkan verəcək. Lakin Ağ Ev bu planı rədd edib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz isə çərşənbə axşamı deyib ki, guya bu təklif "Qəzzanın hazırda yaşayış üçün yararsız olduğunu nəzərə almır". Reuters xəbər verir ki, o, Trampın "HƏMAS-dan təmizlənmiş Qəzzanın yenidən qurulması ilə bağlı vizyonuna" sadiq olduğunu bildirib.
Surxay Əliyev