Cəmi bir neçə il əvvəl Vens Donald Trampı “axmaq” və “həyasız əclaf” adlandırmışdı,indi isə o, ABŞ-ın 47-ci prezidentinin varisi hesab olunur. Ağ Evdə Zelenski ilə görüşdə aranı qatan Vens Respublikaçılar Partiyasında üstünlük qazanır.Vens Trampın bütün təşəbbüslərini dəstəkləyir, buna görə mətbuatda onu tez-tez “gözətçi” də adlandırırlar, lakin onların arasınd fərqlər də var. Bu barədə BBC-nin rus xidməti yazır.
Məlum olduğu kimi,şənbə günü, Ağ Evdəki mübahisədən bir gün sonra, .Vens ailəsi ilə birgə Vermontdakı kurortda xizək sürməyi planlaşdırırdı. Burda Vitse-prezidenti yolun kənarlarına düzülən yüzlərlə etirazçı qarşılayıb. Nümayiş əvvəlcədən planlaşdırılmışdı. Aksiya iştirakcılarının bəziləri hətta Vens ailəsinin istifadə edəcəyini düşündükləri xizək liftinin yaxınlığında düşərgə qurmuşdular. Aksiya iştirakcıları “Rusiyada xizək sürməyə get. Vensin Vermontda heç bir dostu yoxdur, lakin onun Rusiyada çoxlu dostu var. "Ona görə də o, istirahət üçün ora getməlidir" kimi çağırışlar səsləndirdilər. Nəticədə Vens tətil planlarını dəyişməli və geri qayıtmalı oldu.oldu. Beynəlxalq diplomatiya ənənələrinə zidd olaraq, vitse-prezident Ukrayna prezidentini ABŞ-a “hörmətsizlikdə” ittiham edərək bir daha özünün “gözətçi iti” reputasiyasına haqq qazandırıb və Zelenskini özünə rəqib seçib.
Surxay Əliyev