Konqresə müraciət edən Tramp bildirib ki, Ukrayna danışıqlar masasına oturmağa hazırdır. O, martın 4-də Ukrayna prezidenti Vladimir Zelenskidən “vacib məktub” aldığını bildirib. Və qeyd edib ki,Zelenski Ukraynanın “davamlı sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa” hazır olduğunu yazıb. Zelenskinin məktubunda deyilir: Komandam və mən davamlı sülhə nail olmaq üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq...
Çıxışının sonunda Tramp ABŞ bayrağını Marsa sancacağına söz verib. "Biz bəşəriyyəti kosmosa aparacaq və Amerika bayrağını Mars planetində və hətta ondan uzaqlara sancacağıq" deyə Tramp bildirib Demokrat konqresmenlər Trampın çıxışını tənqid ediblər. Bəzi demokratlar prezident danışmağa başladıqdan qısa müddət sonra onun sözünü kəsiblər, Texas ştatının nümayəndəsi Al Qrin Trampı impiçmentinə çağırıb.Daha bir neçə demokrat “İrqçi” yazılmış köynəklər geyinərək palataya çıxıb. Tramp ABŞ-da artıq ölmüş 100-dən yuxarı on milyonlarla insanın hələ də Sosial Müdafiə ödənişləri aldığını iddia edərkən, bəzi demokratlar "Doğru deyil!" "Yalan! deyə səsləniblər. Trampın çıxışından sonra Konqresə müraciət edən Miçiqan senatoru Elissa Slotkin, "Amerika dəyişiklik istəyir, lakin dəyişmək üçün biz demokratik ölkə olaraq kim olduğumuzu gözdən qaçırmadan bu dəyişikliyi edə bilərik" deyib. Slotkin Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri, iş adamı İlon Maskı federal işçilərini ixtisar etdiyinə görə tənqid edib. Slotkin deyib ki, ABŞ-ın ixtisarların yaratdığı xaosa ehtiyacı yoxdur. O, həmçinin bildirib ki, Trampın iqtisadi planı yalnız milyarderlərə kömək edəcək, sadə amerikalılara isə baha başa gələcək.
Surxay Əliyev