Bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Telegram kanallarından birinə müsahibəsində bildirib.
Sabiq nazir bildirib ki, Ağ Ev rəhbəri “hər kəsə özünü qüdrətli göstərmək” üçün tez bir zamanda razılığın əldə edilməsini istəyir. "Zelenski isə bütün bunları başa düşür və Ukrayna üçün daha yaxşı mövqe yaratmaq üçün mübarizə aparır. Putin isə oturub baş verənləri təbəssümlə izləyir. Çünki dostu Donald Tramp problemin Putində yox, Zelenskidə olması üçün mümkün olan hər şeyi edir", - deyə sabiq Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri bildirib. Bundan əvvəl isə Dmitri Kuleba BBC-yə müsahibəsində bildirmişdi ki, Ukrayna ABŞ prezidentinin sülh planının icrasını təxirə salmalı və Trampı uzun oyuna cəlb etməlidir.
Surxay Əliyev