Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın tətbiq etdiyi 25 faizlik tarifə cavab olaraq ABŞ məhsullarına tarif tətbiq edəcəyini açıqlayıb. Xanım Prezident, tezliklə hansı məhsullara rüsum tətbiq ediləcəyini elan edəcəyini bildirib. Çin və Kanadadan fərqli olaraq, Meksika tarif tətbiqi ilə bağlı martın 9-na kimi gözləyəcək.
Mətləb Salahov