“Ukrayna davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışır”. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkə səhifəsində yazıb.
“Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün tez işləməyə hazırıq”, - deyə Zelenski yazıb. Zelenski daha sonra münaqişənin həlli üçün ilk mümkün addımları da sadalayıb. SİTAT:
“Məhbusların azad edilməsi, dərhal atəşkəs - raketlərə, pilotsuz uçuş aparatlarına və mülki infrastruktura hücumlara qadağa”. Prezidentin sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ-la güclü yekun razılaşma ilə sülhə ümid edir.
Mətləb