BBC-nin siyasi yazarı Henri Zeffman yazır ki, Trampın hərbi yardımla bağlı qərarı Britaniyanın Ukrayna haqda strategiyasını heç də dəyişməyib. Belə ki,dünən İcmalar Palatasında deputatların Kir Starmerin strategiyasını tərifləmək üçün növbəyə durmaları, bu straiegiyanın siyasi spektrdə geniş dəstəyə malik olduğu görüntüsü yaradırdı. Bəs bu dəstək nə dərəcədə effektlidir? Bunu aydınlaşdırmaq lazım gəlir.Belə ki,baş nazir Starmer Tramp və Zelenskini barışdırmaq üçün mümkün olan hər şeyi etdiyi haqda istədiyi qədər vəd verə bilər. Lakin bu iki ölkə arasında körpü olmaq üçün Starmer həmin körpünün hər iki ucunda təsir gücünə malik olduğunu sübut etməlidir. Dünən parlamentdə çıxış edərkən baş nazirə ABŞ mətbuatında Trampın hərbi yardımı geri çəkmək haqda yayılan xəbərlərlə bağlı sual verildi. Sualı cavablandıran Starmer cavab verib ki, bu, ABŞ-ın mövqeyi deyil. Aydındır ki, Starmer səhv edirdi. Hesab edirəm ki,ancaq Starmerin strategiyası öz bəhrəsini verdiyi təqdirdə, o,belə biabırçılıqlardan qurtula bilər. Yox əgər belə olmasa, silah tədarükündəki müvəqqəti fasilə daimi hal alarsa, ABŞ-dan təhlükəsizlik zəmanətləri ortaya çıxmazsa, Starmerin Ukraynaya yanaşmasının etibarlılığı ilə bağlı fundamental suallar ortaya çıxacaq
Surxay Əliyev