İrəvan Vaşinqtonun 2 mindən çox Ermənistan vətəndaşını ABŞ-dan deportasiya etmək niyyətindən xəbərdardır. Bunu Ermənistan baş naziri yanında diaspor işləri üzrə baş komissar Zare Sinanyan deyib.
“Bu adamları diaspor adlandırmaq düzgün deyil. Onlar ABŞ-da qalmaq hüququ olmayan Ermənistan vətəndaşlarıdır. Burada Birləşmiş Ştatlardan deportasiya olunacaq iki min nəfərdən çox Ermənistan vətəndaşından söhbət gedir”, - deyə Zare Sinanyan bildirib.
Onun sözlərinə görə, deportasiya ediləcək vətəndaşların real sayı daha çox ola bilər və bu, sadəcə ilk mərhələdir.
ZÜMRÜD