Politico nəşrinin yazdığına görə, Budapeşt Aİ-nin müdafiəsinin gücləndirilməsinə müsbət yanaşa bilər, lakin o, Ukraynaya yardım paketinin qəti əleyhinədir. Macarıstanın təhlükəsizlik zəmanətlərinə və yeni yardıma etirazları hələ Oval kabinetdə Donald Tramp, vitse-prezident Vens və Vladimir Zelenski arasında mübahisədən əvvəl olub. Orbandan başqa rusiyayönümlü Slovakiyanın baş naziri Robert Fiko da buna öz etirazını açıqlayıb. Aİ diplomatlarının dediyinə görə, digər paytaxtlar, o cümlədən Paris də “maliyyə paketinin ləng hərəkətindən məmnundur”.
Qeyd olunur ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, çox güman ki, istəksiz Aİ-yə üzv dövlətləri Ukraynaya hərbi yardım göstərməyə məcbur etmək üçün daha effektiv yollar təklif edəcək. Diplomatın fikrincə, mümkün variantlardan biri müdafiə xərcləri üçün ayrılan yeni kreditlərin 20 faizinin Kiyevə yardıma yönəldilməsi tələbi ola bilər.
Surxay Əliyev