ABŞ-dan sonra Ukraynaya daha bir bəd xəbər gəlib. Belə ki, Avropa Birliyi liderləri Macarıstanın etirazları səbəbindən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırıb. Bu barədə Avropa Birliyi Şurasının yaydığı sənəddə deyilir. Qeyd edək ki, Prezident Donald Trampın göstərişi ilə ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırmışdı. D.Trampın ardınca AB ölkələrinin də eyni mövqe sərgiləməsi təkcə prosedur qaydalarla bağlı ola bilməz. Görünür Ağ Ev "qoca qitəyə" də şərtlərini diktə etməyə başlayıb.
Mətləb