Konnektikutdan seçilən demokrat senator Kris Merfi Ağ evdə Tramla zelenski arasındakı qalmaqallı görüşü “Vladimir Putinin müdafiəsinə hesablanmış və Zelenskini utandırmaq və pis vəziyyətdə qoymaq üçün düşünülmüş pusqu” adlandırıb. Merfi hesab edir ki, Moskva ABŞ hökumətindən istədiyi hər şeyi ala biləcəyinə əmin olanda Rusiya Starmer və ya Makronla heç bir danışıq aparmayacaq.
Almaniyanın gələcək kansleri Fridrix Merz də oxşar fikirdədir.Belə ki,o,jurnalistlərə deyib ki,mənim düşüncəmə görə, bu,görüşdə Zelenskinin sözlərinə verilən reaksiya heç də kortəbii deyildi, açıq-aydın məqsədyönlü eskalasiya idi".Eyni zamanda, Merz Vensin Münhendəki çıxışına istinad edərək, Vaşinqtonun hərəkətlərində müəyyən bir davamlılığın olduğunu qeyd edərək əlavə etdi ki, ABŞ vitse-prezidenti Münhendəki çıxışında açıq aşkar Avropanı özü öz təhlükəsizliyinin qayğısına qalmağa çağırdı. "Ona görə də biz Avropanın müstəqil hərəkət etmək iqtidarında olduğunu göstərməliyik", - Merz yekunlaşdırıb. Surxay Əliyev