ABŞ prezidenti Donald Tramp Zelenskinin “sülhə sadiqliyini” nümayiş etdirənə qədər Ukraynaya hərbi yardımın dondurulması barədə göstəriş verib. Bu, göstəriş Trampın Ağ Evdə Vladimir Zelenski ilə qalmaqallı görüşündən bir neçə gün sonra verilib. Ağ Evin sözçüsü bildirib ki, “Prezident Tramp sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da buna sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və onun münaqişənin həllinə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk " Trampın özü hələlik bu qərarı şərh etməyib, eyni zamanda Ağ Evdən də rəsmi məlumat daxil olmayıb. Bazar ertəsi Ukraynaya hərbi yardımı dayandırıb- dayandırmayacağı sualını Tramp belə cavablandırıb: “Görək bundan sonra nə olacaq”. Bloomberg və Fox News bildirirlər ki, bu fasilə Trampın Ukrayna rəhbərliyinin sülh arzusunu nümayiş etdirdiyinə tam əmin olana qədər davam edəcək. Bloomberg Ağ Evin sözçüsündən sitat gətirir: “Birləşmiş Ştatlar Tramp ölkə liderlərinin sülhə xoş niyyət nümayiş etdirdiyinə tam əmin olana qədər Ukraynaya bütün hərbi yardımı dayandırır”. Surxay Əliyev