Çində demoqrafik problemə çevrilən əhalinin azalmasının qarşısını almaq üçün nikah yaşının aşağı salınması təklif olunur.
Bu təklifi Çin Elmlər Akademiyasının akademiki Çen Sonsi üzvü olduğu Çin Xalq Siyasi Məşvərət Şurasının illik iclasında irəli sürməyi planlaşdırıb. O, evlilik yaşının 18-ə endirilməsini mümkün hesab edir. Hazırda Çində oğlanlar üçün ən aşağı nikah yaşı 22, qızlar üçün 20-dir. Bu yaş həddi Çində “hər ailəyə bir uşaq” siyasəti dövründə qəbul olunub. Çin dünyada nikah üçün ən yuxarı minimum yaş həddi tələbi olan ölkələrdən biridir.
Mətləb