ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Uolts Ağ Evin avropalıların Avropanın təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynamasından məmnun olduqlarını bildirib. BBC xəbər verir. Uoltsın fikrincə, Avropa bu istiqamətdə daha çox səy göstərməlidir.ABŞ-ın Ukraynaya mümkün yardımını geri çəkib-çəkməməsiylə bağlı sualı cavablandıran Uolts Trampın müşavirlərlə görüşdüyünü və bundan sonra nə edəcəyinə qərar verdiyini bildirib. Lakin müşavir təfərrüatlarla bağlı aydınlaşdırıcı sualları cavablandırmaqdan yayınıb. Trampın müşaviri prezidentin Vladimir Zelenski ilə iki lider arasında mübahisə baş verən görüşünü də şərh edib:- “Ona Ukraynanın xeyrinə olacaq iqtisadi təminatlar verilə bilərdi... Bizə niyə bu qədər düşmən münasibət göstərildiyi bizi həqiqətən də çaşdırdı”, - deyə Mayk Uolts fikrini yekunlaşdırıb.
Surxay Əliyev