Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ prezidenti Donald Trampın Avropa blokunun ABŞ-dan faydalanmaq üçün yaradıldığı fikrini qətiyyətlə rədd edib. CBS-ə Trampın sözlərini şərh edən Aİ rəsmisi vurğulayıb ki,. “Avropa sülhsevər layihədir. "Bu təşkilat, Avropa İttifaqının üzvləri arasında birliyin olması və müharibələrin baş verməməsini təmin etmək üçün yaradılıb" Avropa diplomatiyasının rəhbəri Aİ-ni “transatlantik əlaqələr üçün yaxşı layihə” adlandırıb və Amerika liderinin sözlərindən “çox təəccübləndiyini və təəssüfləndiyini” vurğulayıb. Lakin Kallas o fikirlə razılaşıb ki, ABŞ administrasiyası rəhbərinin bəyanatları Brüssel və Vaşinqton arasında münasibətlərdə kifayət qədər yüksək gərginlik olduğunu nümayiş etdirir. Tramp bundan əvvəl də Aİ-nin ABŞ-dan öz maraqları üçün istifadə etmək üçün yaradıldığını iddia etmişdi.
Surxay Əliyev