Fransa Avropada Amerika Birləşmiş Ştatlarının “nüvə” gücünü əvəz etmək üçün öz müttəfiqlərinin ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verir.Bu barədə Emmanuel Makron Le Figaro-ya müsahibəsində danışıb. Nüvə təhlükəsinin qarşısının alınması məsələsində avropalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirən Makron əlavə edib ki, bizimlə dialoqu dərinləşdirmək istəyənlər, lazım gələrsə, çəkindirici qüvvələrin təlimlərində iştirak edə biləcəklər. Bu mübadilələr avropalılar arasında əsl strateji mədəniyyətin inkişafına töhfə verəcək", - deyə Fransa prezidenti qeyd edib.
“The New York Times” isə kəşfiyyat məlumatlarına istinadən yazıb ki, İran nüvə silahı yaratmaq üçün daha sürətli yanaşmanı araşdırır. Bu arada medianın yazdığına görə Fransa Almaniyada nüvə silahı daşıyan döyüş təyyarələrini yerləşdirə bilər.
Surxay Əliyev