Financial Times-ın məlumatına görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz Amerikanın Ukraynaya "sonsuz milyardlarla təminat verməyə" davam edə bilməyəcəyini deyib.
O, hesab edir ki, bu gün Ukraynanın istədiyi təhlükəsizlik təminatından danışmaq tezdir. Uolz əmindir ki, sülh naminə hər iki tərəf güzəştə getməli olacaq: "Bu müharibə başa çatmalıdır, bunun üçün isə ərazi güzəştləri lazımdır. Müqabilində Rusiyadan təhlükəsizlik zəmanətləri ilə bağlı güzəştlər tələb olunacaq. UNIAN-ın yazdığı kimi, Donald Tramp ümumilikdə “Minsk razılaşmalarını” təkrarlayan sülh planını həyata keçirməklə tezliklə atəşkəsə nail olmaq istəyir ki, daha sonra münaqişənin həllinin yekun şərtləri ilə bağlı uzun illər danışıqlar aparılsın. Lakin analitiklər bu planı uğursuz adlandırırlar.
Surxay Əliyev