ABŞ prezidenti Tramp Ukrayna siyasətində bir sıra variantları yenidən nəzərdən keçirmək üçün dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də daxil olmaqla rəsmilərlə görüşəcək.Bu barədə The New York Times xəbər verir.
Adının açıqlanmasını istəməyən məmurun sözlərinə görə, bunlara ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmaq və ya ləğv etmək, o cümlədən Bayden administrasiyası tərəfindən icazə verilmiş və ödənilmiş sursat və avadanlıqların son göndərilməsi daxildir. Ukraynaya kömək məqsədiylə 2024-cü ilin aprelində ABŞ Konqresi təxminən 61 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bundan əlavə, ABŞ-ın silah ehtiyatlarının artırılmasına 23,2 milyard dollar, Ukrayna üçün silahların alınmasına 13,8 milyard dollar və ABŞ-ın regionda davam edən hərbi əməliyyatlarına 11,3 milyard dollar ayrılıb. Lakin Bayden administrasiyası bütün məbləği silahların Ukraynaya ötürülməsinə xərcləyə bilməyib. Qalan vəsaitlər təxminən 4 milyard dollar təşkil edir. Yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra da bu yardım axını davam edib. Fevralın 28-də Ağ Evdə Trampın Vladimir Zelenski iləqalmaqallı görüşünün ardınca Ukrayna prezidenti Londona gedib və orada Avropa liderləri Ukraynaya hərbi yardımın artırılmasını müzakirə ediblər. “The Wall Street Journal”ın yazdığına görə, ABŞ-ın hərbi yardımı olmadan Ukraynanın yaya qədər hazırkı templə döyüşləri davam etdirməsi üçün kifayət qədər silahı var.
Surxay Əliyev