ABŞ prezidenti Tramp ruslarla əlbir olaraq Ukraynaya yardım etdiyinə görə Avropanı təhdid edəcək. Bu barədə “Moseyçuk Podcast” layihəsinin efirində “Mixaylovskiy Club” analitik platformasının həmtəsisçisi Vladislav Olençenko danışıb.
"Rusiya Zelenskinin Vaşinqtona tələsməsindən şokda idi.Plana görə, Tramp onunla minerallar üzrə sazişi imzalamalı və atəşkəsə təkan verməli idi. Lakin Olençenko əmindir ki, Tramp artıq Kremldən “mesaj” alıb. "İndi Tramp hər vasitə ilə Zelenskini şirnikləndirməyə çalışaraq bu sazişi imzalayıb onu atəşkəsə razılaşmağa məcbur edəcək. Çünki bu, baş plan çərçivəsində onun məsuliyyətidir". Olençenko hesab edir ki,"Tramp qışqıracaq,bağıracaq ki, heç kəs Ukraynaya kömək etməyə cəsarət etməsin. Və təhdid edəcək ki,kimsə buna cürət etsə, "onu sanksiyalarla vuracağam". Onlar Avropanı Yalta-2-də Tramp və Putinin qərarlaşdırdığı status-kvonu tanımağa məcbur etməyə çalışacaqlar. “Yoxsa, Putin sizə nüvə silahı atacaq, biz isə isə sizə sanksiya tətbiq edəcəyik" – deyə Olençenko yekunlaşdırıb
Surxay Əliyev