Ya Ukrayna prezidenti Vladimir Zelenskinin “ağlı başına gəlməli”, ABŞ-la danışıqlara qayıtmalıdır, ya da bunu Ukrayna adından başqası etməlidir. Bunu NBC News telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib. " Doğrudur buna ukraynalılar qərar verməlidir, amma bir şeyi deyə bilərəm ki, - biz bir daha güc yolu ilə sülhün əldə edilməsini müdafiə edirik", - deyə Mayk Conson bildirib.
Consonun sözlərinə görə, Tramp administrasiyası həm Rusiyanın,həm də Ukraynanın ABŞ-la əməkdaşlıq etməsini, Zelenskinin isə "doğru addımlar atmasını" istəyir. UNİAN-ın xəbərinə görə, Oval kabinetdəki mübahisədən sonra Donald Tramp sosial şəbəkədə yazıb ki, Zelenski hələ sülhə hazır deyil.Trampın sözlərinə görə, Zelenski ABŞ-ın yardımına həddən artıq arxalanır və bunu Rusiya ilə qarşıdurmada özünün üstünlüyü hesab edir.Əvvəllər dəfələrlə Ukraynanı dəstəklədiyini söyləyən respublikaçı senator Lindsi Qrem isə Trampla Zelenski arasındakı qalmaqallı görüşdən sonra deyib ki, Zelenski ya istefa verməli, ya dəyişməli, ya da danışıqlara başqasını göndərməlidir.
Surxay Əliyev